Təsisçilərin dəyişməsi ilə əlaqədar olaraq MMC-nin rəhbərliyinə yeni təyinatlar baş tutub.
“26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Falcon Finance” Məhdud Məsiliyyətli Cəmiyyətinin struktur qurluşunda ciddi dəyişikliklər edilmişdir. Belə ki “Falcon Finance” Məhdud Məsiliyyətli Cəmiyyətinin təsisçiləri öz paylarını İmanov Səxavət Əliş oğluna (50% -lik pay sahibliyi) və Tağıyev Vüsal Nizami oğluna (50% lik pay sahibliyi) satıblar. Dəyişikliyə müvafiq olaraq Müşahidə Şurasının yeni tərkibi İmanov Səxavət Əliş oğlu (Sədr), Tağıyev Vüsal Nizami oğlu (Üzv) və İmanov Anar Səxavət oğlu (Üzv), Direktoru isə Salmanov İbrahim Elşən oğlu təyin ediliblər.
“Falcon Finance” BOKT-nin yeni tərkibdə starateji baxışı yenilənmiş olan peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərmək, cəmiyyətin sosial həyatında aktiv iştirak edərək dinamik inkişaf edən təşkilat olmaqdır”